Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə səhər saatlarında rayonun Sərçuvar kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 4 nəfər - 1953-cü il təvəllüdlü Mirzəyeva Gülxar Əzizan qızı (sol bazunun başının sınığı), 1964-cü il təvəllüdlü Sucayeva Gülnisə Seyid qızı (sol ayağın qamış sümüyünün aşağı 1/3-də yerdəyişən açıq sınığı), 1979-cu il təvəllüdlü Zülifiyev Dilqəm Akif oğlu (qapalı kəllə-beyin travması, beyin sirkələnməsi, çoxsaylı əzilmiş, sıyrılmış yaralar) və 1998-ci il təvəllüdlü Həsənzadə Elçin Alışan oğlu (sol bazunun yuxarı 1/3-də yerdəyişən sınığı) müxtəlif bədən xəsarətləri alıblar. Onlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Sonuncu xəstəyə yardım edildikdən sonra digər xəstəxanaya təxliyə olunub. D.Zülfiyevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.