Mingəçevirdə külək fəsad törədib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov  küçəsində  baş verib. Belə ki, külək ağacı hərəkətdə olan "VAZ-2115" markalı taksi avtomobilinin üzərinə aşırıb. Hadisə nəticəsində xəsarət alan qadın sərnişinə hazırda hadisə yerində tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov