Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında rəqibləri müəyyənləşib.

"Unikal" xəbər verir ki, Elşad Quliyevun baş məşqçisi olduğu kollektiv F qrupunda Fransa, İtaliya və Avstriya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq. Yarışın mükafatları uğrunda 24 komanda mübarizə aparacaq.