Türkiyənin Şanlıurfa vilayətinin Bozova rayonunda minik və yük maşınları toqquşub. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Qəza nəticəsində Polis Xüsusi Hərəkat zabiti Batuhan Akar və həyat yoldaşı Halime Akar hadisə yerində, 2 uşağı isə aparıldıqları xəstəxanada dünyasını dəyişib.

Qəza yerinə xilasetmə, sağlamlıq, polis və jandarma qrupları göndərilib. 

Ağarza Elçinoğlu