Minik avtomobili piyadanı vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, ötən gün Qəbələ şəhəri  ərazisində Əli Fərəcov idarə etdiyi “Xəzər” markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü Araz İbrahimxəlilovu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Seymur Əli