İbrahim Tatlıses ona ən çox bənzəyən nəvəsi Burak Baran tərəfindən məhkəməyə verilib.

"Unikal" xəbər verir ki, məşhur sənətçi birinci həyat yoldaşı Adalet Saradan dünyaya gələn ilk qızı Gülşənin oğlu Burak Baran Karakeçili tərəfindən məhkəməyə verilib.

12 il "Tatlıses Gıda" restoranında məsul köməkçi kimi çalışan və son 3,5 ildə maaş almadığını iddia edən Burak Baran Karakeçili babası İbrahim Tatlısəsə qarşı 350 min lirəlik təzminat davası açıb. O, iddia qaldıraraq məhkəməyə ərizə verib.

Zərifə Nağıyeva