Tayvanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb, daha 6 nəfər itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Tayvanın CNA xəbər agentliyi məlumat yayıb.

Xatırladaq ki, aprelin 3-də Tayvan sahilləri yaxınlığında zəlzələ baş verib. Tayvan Zəlzələnin Monitorinqi Agentliyi onun maqnitudasını 7,2, ABŞ Geoloji Xidməti isə 7,7 bal gücündə qiymətləndirib.

Bu zəlzələ son 25 ilin ən güclüsü olub.