Türkiyənin Burdur bölgəsindəki Bucak Mütəşəkkil Sənaye Bölgəsində oyuncaq istehsal edən fabrikdə yanğın baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Alov plastik məmulatlara görə qısa müddətdə ətrafa yayılıb.

Yanğın Bucak Bələdiyyəsi, Kızılkaya qəsəbəsi, Çeltikçi və Dağ qəsəbəsi, həmçinin Burdur Bələdiyyəsi yanğınsöndürmə qruplarının müdaxiləsi ilə söndürülüb. Fabrikdə soyutma işləri davam edir.

Seymur Əli