2023-cü ildə Almaniyada təxminən 6 milyon cinayət hadisəsi qeydə alınıb. Bu da 2022-ci illə müqayisədə 5,5 faiz çoxdur.

"Unikal" xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri polisdəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, cinayətlərin 58,4 faizi açılıb. Ölkədə zorakılıqla müşayiət olunan cinayətlər son 15 ildə ən yüksək səviyyəyə çatıb.

Ağır və insan həyatına təhlükə törədən cinayətlər 7 faiz, mənzillərin qarət edilməsi 11,5 faiz artıb.