Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.

Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

xxx

10:02

Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.1985-ci il Bəsdi Mərdanova, 2001-ci il təvəllüdlü Azadə Mərdanova və 2023-cü il təvəllüldü Rahul Məhərrəmov müxtəlif bədən xəsarəti ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Yaralılardan B.Mərdanovanın  vəziyyətinin ağır olduğu bildirilir.Ailənin yaxınların deməsinə görə, evə qaz sızıb və partlayış olub. Hadisə yerinə hüquq-mühafizə orqanıarın əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov