İDF döyüşçüləri Qəzza zolağının mərkəzində HƏMAS-ın fövqəladə hallar bürosunun rəhbərinin olduğu yerə zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. 

"Gecə saatlarında İDF-nin döyüş təyyarələri kəşfiyyat məlumatlarına əsasən, HƏMAS-ın fövqəladə hallar bürosunun rəhbəri terrorçu Hatəm Alrameri vuraraq öldürüb”, - İsrail ordusunun bəyanatında deyilir .

İsrail hərbçilərinin məlumatına görə, Alrameri Maqazi batalyonunun tərkibində döyüş əməliyyatlarında, o cümlədən mərmi atmaqda iştirak edib.