Argentinanın Mendoza şəhərində yaşayan futbolçu Florensiya Quinazun keçmiş əri tərəfindən qətlə yetirilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İqnasio Aqustin Notto adlıkişi əvvəlcə  30 yaşlı qadını döyüb, daha sonra onu boğaraq öldürüb. Kişi cinayətdən sonra intihar edib. 

Hadisə zamanı cütlüyün 5 və 7 yaşlı  uşaqları digər otaq olub. 

Bildirilir ki, Quinazunu "Atletiko Argentino" futbol komandasının üzvüdür. Futbolçu karyerası ilə yanaşı sosial mediada da çox aktiv olan Quinazunun on minlərlə izləyicisi var.