2021-ci ildə Miçiqan ştatında məktəbə hücum zamanı 4 şagirdi öldürən yeniyetmənin valideynlərinə də hökm oxunulub.

"Unikal" ABŞ KİV-lərinə istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, qətliam törədən yeniyetmənin valideynləri 10 və 15 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Belə ki, oğullarına Milad bayramı hədiyyəsi olaraq silah alan Cennifer Crambley və əri Ceyms ABŞ-da övladlarının hərəkətlərinə görə qeyri-ixtiyari adam öldürməkdə təqsirli bilinən ilk valideynlər olublar..

Bildirək ki, 17 yaşlı Ethan 2021-ci il noyabrın 30-da Detroitdən 70 kilometr şimalda yerləşən Oksford Liseyində dörd şagirdin ölümü və yeddi nəfərin yaralanması ilə nəticələnən atışmaya görə ömürlük həbs cəzasını çəkir.

Qətliamı törədən gəncin ailəsinə də hökm oxunub