İsmayıllıda mağaza yanıb.

"Unikal" xəbər verir ki, yanğın rayonun Keyvəndi kəndində baş verib.

Belə ki, yanğın 1962-ci il təvvəldllü Talıbov Aydın Əlibaba oğluna məxsus mağazada olub. Yanğın yerinə İsmayıllı DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 10 k/m olan mağaza tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbi araşdırılır.