Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "BMW", "Mitshubishi Pajero" və "Toyota Prado" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində hər 3 avtomobilə ciddi ziyan dəyib.

Qəza səbəbindən yolda sıxlıq yaranıb.

Murad İbrahimli