Azərbaycanın bədii gimnastı Mədinə Abbaslı Qırğız Respublikasında keçirilən “Kelechek” adlı beynəlxalq turnirdə uğurlu çıxış edib.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Qeyd olunub ki, idmançımız çoxnövçülükdə qızıl medal qazanıb.