Rusiyanın keçmiş Baş prokuroru Valentin Stepankovun 47 yaşlı oğlu Denis Stepankovun meyiti Moskvanın mərkəzindəki mənzildə tapılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri  məlumat yayıb.

Onun ölüm səbəbi açıqlanmayıb. 

Qeyd  edək ki, Valentin Stepankov 1991-1993-cü illərdə Rusiyanın baş prokuroru vəzifəsində çalışıb.