"İsrailin İranın misli görünməmiş hava hücumuna cavab verəcəyini gözləyirəm".

"Unikal" xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Josep Borrell İspaniyanın "Onda Cero" radiosuna müsahibəsində deyib.

O, ümid edib ki, bu, daha çox eskalasiyaya səbəb olmayacaq: "Biz uçurumun kənarında dayanmışıq və ondan uzaqlaşmalıyıq". 

Onun sözlərinə görə, İsrailin sağçı hakim koalisiyasında qisas almaq istəyən sərt xətt tərəfdarları ilə daha ​​mötədil və ağıllı fraksiya arasında dərin parçalanma var: "İranın nüvə dövlətinə çevrilməməsi və Yaxın Şərqdə sülhün olması hamı üçün faydalıdır".

Ağarza Elçinoğlu