Tacikistan hökuməti aprelin 20-dən Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə “Xovar” dövlət agentliyi Tacikistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, tədbir “qarşılıqlılıq prinsipinin həyata keçirilməsi məqsədilə” həyata keçirilib.

Xatırladaq ki, daha əvvəl Türkiyə adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul etmişdi.