Tovuzda 23 yaşlı oğlan bıçaqlanıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində  qeydə alınıb. 2001-ci il təvəllüdlü Ağarza Rzayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bidlirilir.

Sərxoş vəziyyətdə olan Ağarza Rzayevin  hansı şəraitdə bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov