Türkiyənin Kayseri bölgəsində iki ədəd əqrəb yeyən şəxs ölüb. 

"Unikal" xəbər verir ki, 56 yaşlı Bilal Yiğitin halı əqrəbləri yedikdən sonra pisləşib. O, aparıldığı xəstəxanada dünyasını dəyişib.

Şəxsin dəqiq ölüm səbəbi ekspertizadan sonra müəyyən ediləcək. 

İşin istintaqı davam etdirilir.

Ağarza Elçinoğlu