Çeçenistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Əlixan Tsakaev Dağıstanın Gerzel keçid məntəqəsində saxlanılıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər ki,  o, qara rəngli GMC markalı avtomobillə dayanma tələbinə məhəl qoymayaraq yol polisi əməkdaşlarını vurmağa cəhd edib.

İlkin məlumatlara görə, nazir sərxoş olub. Saxlanılan nazir polis bölməsinə aparılıb. Hadisədən sonra əraziyə Axmat xüsusi təyinatlılarının əsgərləri gəlib.  

Bildirilir ki, Tsakaevin idarə etdiyi avtomobil Kanada İnterpolu tərəfindən axtarışda imiş. 

Gülayə Mecid