Tovuz rayonunda qadının üzərinə benzin tökülərək yandırılıb.

"Unikal"ın məlumatına görə, 2002-ci il təvəllüdlü rayon sakini, Röyal Tağıyev 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisə nəticəsində T. Məmmədovanın bədəninin 70-80 faizi 3A dərəcəli yanıq xəsarəti aldığından o, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Murad İbrahimli