"Facebook sosial şəbəkəsinin rəhbərliyi Danimarkanın keçmiş mədəniyyət və idman naziri Uffe Elbekin rəsmi səhifəsini bloklayıb.

Unikal.org-un "vladtime.ru saytına istinadən məlumatına görə, belə bir qəti tədbirin görülməsinə səbəb siyasətçinin akkauntunda çılpaq qadın şəkillərinin dərc edilməsi olub.

"The Local nəşrinin məlumatına görə, şəkillərdən biri bu ilin oktyabrın 13-də paytaxt Kopenhagendə keçirilən mədəniyyət gecəsi zamanı çəkilən şəkil olub. Digər şəkil isə 1969-cu ildə Kopenhagen birjasının binasının ərazisində bir əlində xaç çılpaq gəzişən danimarkalı rəssam Lena Adler Petersonun şəkli olub.

Qeyd olunur ki, siyasətçi intim şəkilləri özünün "Facebook səhifəsindən yığışdırandan sonra onun akkauntu blok edilib. Sabiq məmur özü isə bildirib ki, bu şəkillərdə əxlaqsız heç bir şey yoxdur. Ancaq bununla belə, o, mütəmadi olaraq sosial şəbəkədən istifadə etdiyi üçün onun rəhbərliyinin tələbləri ilə razılaşmaq məcburiyyətində qalıb.