Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, dünən axşam saatlarında Yeni Suraxanı qəsəbəsində "UAZ" markalı avtomobil 66 yaşlı qadını vurub. Ağır xəsarətlər alan qadın xəstəxanaya aparılarkən vəfat edib.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.