Azərbaycanda bütün medianın monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Unikal.org-un qafqazinfo-ya istinadən xəbərinə görə, 2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 9866 xəbər yerləşdirilib. Bunlardan 8 xəbər mənfi, 18 xəbər müsbət və 9840 xəbər isə neytraldır.

Mənfi xəbərlər Aygün Kazımova (5 xəbər - jurnalistlərlə müğənni arasında yaşananlar), Ədalət Şükürov (2 xəbər - müğənninin oxuya bilməməsi iddiası) və Elza Seyidcahana (1 xəbər - müğənnini təhqir etdilər) aiddir.

Müsbət xəbərlər isə Alim Qasımov, Faiq Ağayev, Məleykə Əsədova, Miri Yusif, Nigar Camal, Oksana Rəsulova, Sevda Yəhyayeva, Sevil və Sevinc bacıları, Zamiq Hüseynova (2 xəbər - "Azerbaijan Best Awards mərasimində mükafat alıblar) məxsusdur.