Türkiyənin tanınmış aktrisası Tuba Ünsal "Qızıl kürə"nin təqdimat mərasimində huşunu itirərək yıxılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Qızıl kürə"nin təqdimat mərasimini izləmək üçün ABŞ-a gedib.

Onun fotolarda halsız görünməsinin səbəbi isə Türkiyəyə döndükdən sonra məlum olub.

Qırmızı xalıda foto çəkdirərkən huşunu itirən Tuba təcili yardımla xəstəxanaya çatdırılıb. Buna isə ağır infeksiya xəstəliyi keçirməsi səbəb olub.