Üç gün əvvəl, yanvarın 13-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi "Tufan tipli sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirilib.

Bu barədə Unikal.org-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Məlumata görə, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan S 203 â„–-li "Tufan" tipli sərhəd gözətçi gəmisi xidməti - döyüş fəaliyyətinə başlaması ilə əlaqədar yanvar ayının 14-də Xəzər dənizinə endirilib.