Daha çox Konçita Vürst kimi tanınan "Eurovision 2014"ün qalibi avstriyalı müğənni Tom Noyvirt öz səhnə obrazı ilə vidalaşmaq istədiyini bəyan edib.

Unikal.org xəbər verir ki, bu barədə Die Welt nəşri yazır.

Konçitanın sözlərinə görə, son vaxtlar onun kişi tərəfi israrla özünü hiss etdirir.

"Mən onu öldürməliyəm. Mən axtarışdayam, özümü axtarıram. Hazırda heç vaxt olmadığı kimi özümdən şübhələnirəm. Tom isə üsyan edir, - Noyvirt əlavə edib.