"ARB TV"nin "Gəlin danışaq" verilişində qonaq olan  aşıq Əli Tapdıqoğlu eksklüziv açıqlamalar edib.

Unikal.org-un məlumatına görə, aşıq Əli efirlərdən şikayətlənib:

"Aşıqların bəziləri çox biabırçı şəkildə, şəxsiyyətlərinə hörmət qoymadan sazı pis gündə ifa edirlər. Çox bərbad vəziyyətdir. El şənliklərində utanıram. Xalqın da hərəsinin bir zövqü var. Hər kəs sazı sevib, incəliklərini bilə bilməz. Saz sənəti ilə maraqlanmayanlar da o cür insanları görəndə, dinləyəndə elə bilirlər ki, bu belə də olmalıdır. Efirlərimizdən çox şey asılıdır. O cür insanları efirə çıxartmaq olmaz. Mən onlarla bir məclisdə olanda eyni hərəkəti eləmirlər. Bəziləri bu sənətə qalmaqalla gəlib. Amma artıq o zaman çoxdan qapanıb. Hamı artıq sənətə baxır. Sənəti yaxşı olana hörmət edirlər. Bir neçə adam mənə söz atıb, ammaona bir söz deməmişəm. Efir sənət üçündür, söz-söhbət üçün yox".

Əli keçirilən aşıq müsabiqələrindən danışıb:

"Pis deyil. Gərək reallıq olsun. Bunlar dövlət səviyyəsində olsa daha yaxşı olar. 2007-ci ildə belə yarışma oldu, ondan sonra keyfiyyətlimüsabiqə görmədim. Aşıqlar birliyi də bu məsələ üçün çalışır. Gənclərə dəstək olub, onlarla maraqlanırıq. Müəyyən gənclər var ki, bizim yanımızdadır.Bəziləri var ki,uçurumdadırlar. Ona görə ki, onlar bəzi təkliflərə gedib sənəti ucuzlaşdırırlar. Bu gün sənətini satan sabah şəxsiyyətini də satar".