ARB Tv-də yayımlanan "Gəlin danışaq verilişinin qonağı müğənni Səidə Sultan olub.

Unikal.org xəbər verir ki, müğənni verilişdə kövrələrək daha çox atasına oxşadığını bildirib:

"Anam bəzən deyir ki, atana oxşadın. Atam biraz dəliqanlı kişi olub. Deyirəm ki, mən onun qızıyam, 3 qızdan birisi ona oxşamalıdı da. Anam mənim həm anam, həm də atamdır. Allah mənim ömrümdən alıb ona versin. O, zəhmətkeş qadındır".