Norveç beynəlxalq ictimaiyyətin digər üzvləri kimi qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımır.

Unikal.org xəbər verir ki, bunu Krallığın facebook səhfəsində bildirilib.

Bəyanatda həmçinin, qondarma Dağlıq Qarabağ rejiminin fevralın 20-də keçirilən "referendum"u da tanımadığı vurğulanıb:

"Norveç Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsində ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.