Məşhur prodüsser Sayqa Cahidə ağır itki üz verib. 

Unikal.org xəbər verir ki, ötən gün prodüsserin atası dünyasını dəyişib.

Sayqa atasının ölümü haqda deyib: "Heç bir xəstəlikdən əziyyət çəkmirdi. Bir az təzyiqi var idi. Dünən evə gəldi, bir balaca yemək yedi, birdən halı pis oldu. Elə bildim ki, huşunu itirdi. Əslində elə deyilmiş. Rəhmətə gedib. Allah rəhmət eləsin!"(azxeber.com)