Bukmekerlər may ayında Kiyevdə keçiriləcək "Eurovision mahnı müsabiqəsində hansı ölkənin nümayəndəsinin qalib gələcəyinə dair pul qoyuluşlarının qəbuluna başlayıblar.

Azərbaycan nümayəndəsinə "stavka edənlər 51:1 nisbətində qazanca ümid bağlaya bilərlər.

Unikal.org xəbər verir ki, qələbəyə əsas namizəd kimi İtaliya təmsilçisi Françesko Qabbani göstərilir. İtaliyalının qələbə şansı cəmi 2,1:1 əmsalı ilə ölçülür, bu isə onun şəksiz favorit olması deməkdir. Bukmekerlərin siyahılarında sonrakı yerləri Bolqarıstan, İsveç, Portuqaliya və Belçika tutur. Azərbaycan 9-14-cü yerləri bölüşdürür.