"Eurovision təmsilçilərimizdən olan Aysel Teymurzadənin yeni fotoları yayılıb.

Unikal.org-un məlumatına görə, fotolar ötən gün Azərbaycan Dövlət Filarmoniyasında baş tutan IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı zamanı lentə alınıb. Festival Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Gecədə A.Teymurzadənin həyat yoldaşı, filarmoniyanın direktoru, pianoçu Murad Adıgözəlzadə də çıxış edib.

Fotoları müğənni Nigar Camal və aparıcı Hacı Nuran Hüseynov paylaşıb.

Qeyd edək ki, Murad və Aysel cütlüyünün üç övladı var.

Aysel Teymurzadənin yeni  fotosu