Britaniyalı musiqiçi Elton Con virusa yoluxma səbəbindən xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, xəstəliyin dəqiq adı açıqlanmır, lakin qeyd olunur ki, musiqiçi Cənubi Amerika turnesi zamanı yoluxduğu "nadir virus infeksiyası ilə xəstəxanaya düşüb.

Bildirilir ki, müğənni iki gün reanimasiyada qalıb, daha sonra həkimlərin müşahidəsi altında olub, hazırda isə sağalmağa doğru gedir.

Həmçinin qeyd olunur ki, britaniyalı rok ifaçısı xəstəlik səbəbindən ABŞ-da bir sıra konsertlərini təxirə salıb.

Martın 25-də Elton Conun 70 yaşı tamam olub.report