Mayda bir çox şou-biznes nümayəndəsi özünə toy edir.

Unikal.org-un məlumatına görə, xalq artisti Aygün Bayramova və əməkdar artist Abbas Bağırovdan sonra müğənni Xəyyam Nisanovun da toy xəbəri yayılıb.

Sənətçi mayın sonlarında nikah masasına oturacaq. Xəyyamın nişan mərasimi artıq baş tutub. Sənətçi toy məkanını və dəqiq tarixi hər kəsdən gizli saxlayır.

O, məclisi qapalı keçirtməyi planlaşdırır. X.Nisanov hətta məclisəşou-biznesdən çox az sayda qonaq çağıracaq. Müğənni gecədən fotoların yayılmamasını istəmir.

Qeyd edək ki, X.Nisanov bir müddət əvvəl status yazaraq, ondan şəxsi həyatı ilə bağlı heç bir məlumatın soruşulmamasını xahiş etmişdi.axşam.az