Tanınmış azərbaycanlı diktor, xalq artisti Rafiq Hüseynlinin səhhəti pisləşib. Unikal.org xəbər verir ki, bu barədə Lent.az-a xalq artistinin özü xəbər verib.

O bildirib ki, mayın 15-dən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib: "Yalandan deməyim, artıq pisəm, özümü yaxşı hiss etmirəm. Həkimlər də deyir ki, 1-2 günə həllini tapan bir xəstəlik deyil. Onkoloji xəstəliyimlə bağlı Türkiyədə müayinə olundum, Bakıya qayıtdım. Amma vəziyyətim ürəkaçan deyil.

Qeyd edək ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir. R.Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub.