Fransanın şərqində Strasburqda səhər saatlarında məktəbdə şagirdlər təxliyə ediliblər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, təxliyə məktəbə partlayıcı qurğu yerləşdirilməsi barədə informasiya alındıqdan sonra aparılıb.

İnformasiyadan dərhal sonra təhsil müəssisəsində dərslər dayandırlıb, hazırda məktəbdən təxliyə edilmiş uaşqlar ərazidən uzaqlaşdırılıb.

Qeyd olunur ki, həmin gün məktəbdə dərslərin yekunlaşması ilə bağlı tədbir keçiriləcəkmiş.