Gəncədə bıçaqlanma olub.

Unikal.org-un verdiyi məlumata görə, Gəncənin Hacıkənd qəsəbə sakini 1991-cı il təvəllüdlü Qurbanov Ruslan Qüdrət oğlu qarın və döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. R.Qurbanovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.