Xəbər verdiyimiz kimi, müğənni Xəyyam Nisanov toya hazırlaşır.

Unikal.org bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, toy məclisi mayın 25-də "Buta Palace"da keçiriləcək. Müğənni mərasimi qapalı şəkildə edəcək, medianın çəkilişinə icazə verilməyəcək.

X.Nisanov hətta məclisə şou-biznesdən çox az sayda qonaq çağıracaq.

Qeyd edək ki,Xəyyamın nişan mərasimi artıq baş tutub.