Aktrisa Aslı Enver son günlər haqqında yayılan xəbərlərə münasibət bildirib.

Unikal.org  Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bu iddialar qarşısında hüquqi yollara əl atacağını bildirib:

"Günlərdir, haqqımda çıxan xəbərləri kədər və heyrətlə izləyirəm. "Yox artıq" dedim, ciddiyə almamağa çalışdım, amma bu xəbərlər media manipulyasiyasına çevrildi. Bu gündən etibarən iftira atılan xəbərlərə qarşı bütün qanuni yollardan istifadə edəcəyəm".

Qeyd edək ki, A.Enverin M.Bozdan ayrılmasına səbəb kimi onun "İstanbullu gəlin" serialındakı tərəf müqabili Özcan Dənizlə sevgili olması göstərilmişdi.