Rusiyanın "Mir 24 telekanalında canlı efir zamanı gözlənilməz hadisə yaşanıb.

Unikal.org rus mətbuatına istinadən xəbər verir ki, aparıcı xəbərləri oxuduğu zaman stolun altında it hürməyə başlayıb.

Özünü itirən aparıcı vəziyyətdən çıxmaq üçün hadisəni zarafata çevirərək deyib:

"Burada it var, mən onunla nə edəcəyimi bilmirəm. Axı mən pişikləri sevirəm".

O, iti sığallayaraq proqrama davam edib.