OPEK Azərbaycanda 2017-ci il üçün neft hasilatının sutkada 60 min barrel azalacağını proqnozlaşdırıb.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, bu qurumun neft bazarı üzrə hesabatından məlum olub.

Hesabatda qeyd olunur ki, bu il ölkədə neft hasilatı sutkada 0,78 milyon barrel təşkil edəcək.

2017-ci ilin aprel ayında ölkədə aylıq hesabla neft hasilatı 40 min barrel artaraq 0,8 milyon barrelə çatıb. İllik hesabla isə neft hasilatında 80 min barrel azalma müşahidə olunub.