Əməkdar artist Nahidə Orucova aparıcılıq edən müğənnilərin ünvanına tənqidlər səsləndirib.

Unikal.org-un məlumatına görə, aktrisa "Lider maqazin"ə açıqlamasında onları savadsız adlandırıb:

"Heç birinin intelektual səviyyəsi yoxdur, amma veriliş aparırlar. Adi ünsiyyəti də bacarmırlar. Müğənni qonağı efirinə dəvət edəndə onunla bağlı məlumat toplamalıdır. Çox savadsızdılar. Getsinlər toylarını oxuyub, pullarını qazansınlar. Bizim bir vaxtlar gözəl diktorlarımız var idi. Onların dünya görüşünə heyran qalırdım. Düzdür, elə müğənnilər var ki, savadlıdır. Bunlardan biri Faiq Ağayevdir. Aparıcılıq edən müğənnilərə demək istəyirəm ki, səviyyəni tapıb onu tutsunlar. Öz işlərində qalsınlar. Başqa yola çıxmasınlar. Aktrisanın aparıcılıq etməsi normaldır. Çünki aktrisa hər şeyi bacarmalıdır. Bizim incəsənətimiz müğənnidən ibarət deyil. Müğənni heç vaxt aktrisa ola bilməz. Amma aktrisa müğənni ola bilər".