APA TV-nin "Show time verilişinin bu dəfəki qonaqları əməkdar artist Nüşabə Ələsgərli və müğənni Nazənin olub.

Unikal.org xəbər verir ki, Nazənin şou-biznesdəki illərdir yeganə xanım Nüşabə Ələsgərli ilə dostluq etdiyini bildirib.

"Nüşabə ilə dostluğum sözlə bitəsi deyil. O mənim pis günlərimin dostdur. İnsanın probleminə qulaq asan xanımdır. Bir narazıçılıq olanda da adamı sözlə elə sakitləşdirir ki... Məni depressiyaya yalnız bir şey sala bilər. O da dostumun mənə qarşı naxələf çıxmağı. Dosta güvəndimsə, onu hər zaman qoruyuram. Dost və ya düşmən oldumsa, ömürlük oluram. Mənə qarşı etibarsızlıq edən dostlara qarşı da düşmənçilik etmirəm. Sadəcə onu həyatımdan silirəm. Çünki mən yalandan rol oynaya bilmirəm.

N.Ələsgərli isə aparıcının "Bu illər ərzində aranızı vuran oldu" sualına belə cavab verib:

"Mənə yox, amma Nazəninə mənim barəmdə nələrsə deyə bilərlər. O duyğusaldı, mən isə elə deyiləm. Heç bir zaman kimsə yanımda deyə bilməz ki, Nazənin sənə filan vaxtı çəp baxıb. Elə bir şərait yaratmaram ki, onun barəsində mənə mənfi nəsə deyilsin. Uşaq deyiləm ki, öz mövqeyim var. Nazənin ərköyündü, amma "sözəgedən adam deyil. Onun da kəskin xarakterləri var.