Mozambikdə 5,8 bal gücündə zəlzələ olub.

Unikal.org-un RIA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti (USGS) xəbər verir.

Zəlzələ UTC vaxtı ilə 02:37 radələrində qeydə alınıb. Yeraltı təkanların episentri Dondo yaşayış məntəqəsindən 38 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat daxil olmayıb. Geoloji xidmət, zəlzələyə mümkün qurbanlar və iqtisadi ziyanın kiçik ehtimalını bildirən sarı təhlükə səviyyəsi verib.