Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Nouls dünyaya gətirdiyi əkiz oğluna və qızına ad qoyub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  5 yaşlı Blyu Ayvinin kiçik qardaşının adı Ser Karter, bacısının adı isə Rumidir.

Beyonsenin rəfiqlərinin dediklərinə görə, 36 yaşlı Beyonse qızına adı seçəndə çox düşünməyib. O, şair Cəlaləddin Ruminin əsərlərini çox sevdiyindən qızına da Rumi adını verib.