Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Rafet El Roman "Məcnun albomundakı "Ən gözəl şeyi sevdim mahnısı üçün azərbaycanlı model Dilbər Mahmudova ilə kameralar qarşısına keçib.Bodrumda gerçəkləşən çəkilişlərdə Rafet El Romanın sevgilisi rolunu oynayan Dilbərin səmimi halları diqqət çəkib.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Rafet El Roman model Dilbər Mahmudova ilə aralarındakı sevgi münasibətinin olub-olmamasına da münasibət bildirib.

48 yaşlı müğənni deyib ki, Bondurmda iki klip çəkdirib: "Kliplərimin birində Dilbər oynadı. Elə bir şey yoxdur. Olsaydı açıqlayardım.