Moskva məhkəməsi Zaur Dadayevi Boris Nemtsovun ölümündə günahkar bilib.

Unikal.org Axar.az-a istinadən xəbər verir ki, məhkəmə Dadayevi 20 il müddətinə həbs cəzasına məhkum edib. Bununla bərabər, Dadayev 100 min rubl cərimələnib. Məhkəmə həmçinin Dadayevi bütün ordenlərindən və leytenant rütbəsindən məhrum edib.

Qeyd edək ki, Boris Nemtsov 27 fevral 2015-ci ildə saat 23:40 radələrində Moskvanın mərkəzində qətlə yetirilib. Mərhum siyasətçiyə küçədə ağ avtomobildən dörd dəfə atəş açılıb. Kürək nahiyyəsindən aldığı yaralardan o, hadisə yerində keçinib.